azia.az
azia.az

İlahiyyat İnstitutunda da tenderə HARAM QATIRLAR?.. - İLGİNC FAKTLAR

19-04-2022, 10:19

İlahiyyat İnstitutunda da tenderə HARAM QATIRLAR?.. - İLGİNC FAKTLAR
Azərbaycan İlahiyyat İnstitutu 2022-ci ilin aprel ayının 6-da "Tədbirlərin təşkili ilə bağlı iş və xidmətlər”in satın alınması lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Bu satınalmanın məbləği 49.100 manat, satınalmanın qalibi isə "COSMOS-RA" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

İlahiyyat İnstitutunda da tenderə HARAM QATIRLAR?.. - İLGİNC FAKTLAR
"COSMOS-RA" MMC 2019-cu ilin noyabr ayının 18-də Vergilər nazirliyində qeydiyyata alınıb. Bu şirkətin nizamnamə kapitalı 5 manat, hüquqi ünvanı isə Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 9, mənzil 56 ünvanıdır.

"COSMOS-RA" MMC-nin qanuni təmsilçisi Allahverdiyev Ruhin Səxavət oğludur.

İlahiyyat İnstitutunda da tenderə HARAM QATIRLAR?.. - İLGİNC FAKTLAR
"FIRST-R" MMC 2019-cu ilin avqust ayının 14-də Vergilər nazirliyində qeydiyyata alınıb. "FIRST-R" MMC-nin nizamnamə kapitalı 5 manat, hüquqi ünvanı isə İlahiyyat İnstitutunun 2022-ci ilin aprel ayının 6-da "Tədbirlərin təşkili ilə bağlı iş və xidmətlər”in satın alınması lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan etdiyi "COSMOS-RA" MMC-nin hüquqi ünvanı ilə qonşuluqda yerləşir: Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 12, mənzil 46 ünvanı.

İlahiyyat İnstitutunda da tenderə HARAM QATIRLAR?.. - İLGİNC FAKTLAR
Qalib elan edilən MMC-lər kimindir?

İnstitun 2021-ci ildə qalib elan etdiyi "FIRST-R" MMC-nin və 2022-ci ildə qalib elan etdiyi "COSMOS-RA" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçiləri əslən Cəbrayıl rayonundandırlar.

Burada ilginc olan məqam isə qalib elan edilən MMC-lərin qanuni təmsilçilərinin 2018-2020-ci illərdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsində çalışmış, hazırda isə Milli Məclisin deputatı olan Ceyhun Məmmədovla həmyerli olmalarıdır.

İddialara görə, eyni ildə və qonşu ünvanlarda yaradılan, qanuni təmsilçiləri eyni rayondan olan, fəaliyyət profilləri haqqında açıq internet resurslarında heç bir informasiyaya rast gəlinməyən MMC-lərin İlahiyyat Universitetinin bənzər lotlar üzrə 2021-2022-ci illərdə sifarişçi olduğu satınalmada qalib elan edilmələri təsadüf deyil.


İlahiyyat İnstitutunda da tenderə HARAM QATIRLAR?.. - İLGİNC FAKTLAR



Şirkətlər doğrudanmı deputata məxsusdur?

İlahiyyat İnstitutunda da tenderə HARAM QATIRLAR?.. - İLGİNC FAKTLAR


Ceyhun Məmmədov,
İlahiyyat İnstitutunun keçmiş rektoru, deputat

İddiaların nə dərəcədə doğru olub-olmaması ilə bağlı deputat Ceyhun Məmmədovdan mövqe öyrəndik.

C.Məmmədov İlahiyyat İnstitunun satınalmalarında həmyerlilərinin qanuni təmsilçi olduqları MMC-lərin qalib gəlməsində heç bir şübhəli məqamların olmadığını bildirdi:

"Bu şirkətlərin qanuni təmsilçiləri Kəlbəcərli də ola bilər, başqa rayondan da. Hazırda mən deputatam. 2020-ci ildən İlahiyyat İnstitutunda müəllim kimi çalışıram. Yaxşı olar ki, məsələ barədə İlahiyyat İnstitutundan mövqe alasınız".

İlahiyyat İnstitutunda da tenderə HARAM QATIRLAR?.. - İLGİNC FAKTLAR


Aqil Şirinov,
İlahiyyat İnstitutunun rektoru

Azərbaycan İlahiyyat institutundan məsələ barədə açıqlama ala bilmədik.

İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinovdur.



Mənbə:My Webpage




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi