azia.az
azia.az

"Fransa ordusuna ehtiyacımız yoxdur" - MÖVQE

12-03-2024, 14:25

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronun NATO qoşunlarının Ukraynaya göndərilə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.

 

Sfera.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Makronun bəyanatı ilk növbədə Rusiya Prezidenti Vladimir Putinin gələcək qərarları ilə bağlıdır.

 

O həmçinin bildirib ki, hər şey yolunda gedərsə, Fransa hərbçilərinə ehtiyac olmayacaq:

 

“Makronun reallaşa biləcəyi ehtimal olunan bəyanatı, məncə, ilk növbədə Vladimir Putinlə bağlıdır. Ukrayna dözdükcə, Fransa ordusu Fransa ərazisində qala bilər.
Lakin Putin NATO ölkələrindən birinə hücum etsə, vəziyyət tamamilə fərqli olacaq”.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi