azia.az
azia.az

BU atışmada görün neçə polis ölüb-YARALANANLAR VAR

19-02-2024, 09:11

ABŞ-ın Minnesota ştatının Bernsvill şəhərində baş verən atışma nəticəsində iki polis əməkdaşı və bir yanğınsöndürən həlak olub, bir neçə polis əməkdaşı yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Silahlı cinayətkar öz evində ailəsini girov götürüb. Xüsusi təyinatlılar qrupu evə basqın edənə qədər onunla danışıqlar dörd saat davam edib.

Ştatın qubernatoru Tim Valts bildirib ki, təhlükədə olan ailəyə kömək edərkən iki polis və bir yanğınsöndürən həlak olub, digər zabitlər yaralanıb.

Onun sözlərinə görə, əməliyyat zamanı girovlardan heç biri xəsarət almayıb, cinayətkar hücum zamanı öldürülüb. Polis hələ ki, cinayətin motivini açıqlamayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi