azia.az
azia.az

Hamilə qalmaq üçün görün nə etdi - İNANILMAZ

18-02-2024, 10:29


Xəbər verilir ki, 39 yaşlı qadın 41 yaşlı kişi ilə 2 ildə münasibət qurub və hər şey qaydasında gedib. 

Almaniyanın Dortmund şəhərində yaşayan qadının hamilə qalmaq arzusu uğursuz başa çatıb.

Kişidən xoşlanan qadın hamilə qalmaq qərarına gəlib və bunun üçün hər görüşdə xəlvətcə prezervativləri deşib. Lakin nəticə əldə etməyib.

Bu günlərdə münasibətlər soyuduqda isə qadın məsələni etiraf edib. Əsəbləşən kişi məhkəməyə müraciət edib.

Qalmaqallı məhkəmə prosesində prokurorluğun qadına qarşı irəli sürdüyü cinsi zorakılıq ittihamı təsdiqlənib və o 6 ay şərti olaraq azadlıqdan məhrum edilib. Bununla belə, məhkəmə işlə bağlı yuxarı instansiyaya müraciət etməyi tövsiyə edib.

Tərəflərin münasibətinə gəlincə, qadınla kişi yenidən barışaraq səmimi münasibətləri davam etdirirlər. Lakin uşaq söhbəti artıq bağlanıb. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi