Rektor əxlaqsız videolara görə işdən QOVULDU -DƏHŞƏT
Azia.az media-ABŞ-ın La Crosse şəhərindəki Viskonsin Universitetinin rektoru Co Qou həyat yoldaşı ilə porno film çəkdiyi üçün kampusun qəyyumlar şurası tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.
Referans.az xarici mediaya istinadla bildirir ki, Dövlət Universitetlərinin rektoru Cey Rotman Qounun hərəkətlərinin universitetin nüfuzuna əhəmiyyətli zərər vurduğunu söyləyib.
Qeyd olunur ki, beynəlxalq videohostinq xidmətinin kanallarından birində universitetin rektoru və həyat yoldaşının böyüklər üçün çəkilmiş filmlərin ulduzları ilə birlikdə yeməklər hazırladığı video yayılıb. Bildirilir ki, onlar adlarını gizlətməyiblər.
Co Qou isə işdən azad edilməsinin söz azadlığı hüququnun pozulması hesab edib. O, hadisəni pisləyib və qeyd edib ki, videoları çəkərkən heç vaxt universiteti haqqında danışmayıb və ya mövqeyini açıqlamayıb.