“Paşinyan Zelenskinin yolu ilə gedir” - Rusiya
Rusiya Paşinyanın Avropa Parlamentindəki çıxışını təxribat kimi qiymətləndirib.
Bu barədə “TASS” agentliyi Moskvadakı yüksəkrütbəli mənbəyə istinadən məlumat yayıb. Ermənistan Baş naziri Ukrayna prezidenti Volodimir Zelenski ilə müqayisə olunub.
“Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk. Bu, xüsusilə çıxışın Rusiya və Rusiya-Ermənistan münasibətlərinə dair hissəsinə aiddir. Paşinyan iri addımlarla Volodimir Zelenskinin yolunu gedir. Ermənistanı da Moldova kimi üçüncü Ukraynaya çevirməyə çalışırlar”, deyə mənbə söyləyib.
Xatırladaq ki, Paşinyan Avropa Parlamentində çıxışı zamanı müttəfiqlərinin Qarabağla bağlı məsələdə açıq şəkildə ölkədə hakimiyyət dəyişikliyinə çağırdığını deyib. Lakin o, bu cür çağırışların hansı müttəfiqlər tərəfindən edildiyini açıqlamayıb.
Günay