azia.az
azia.az

Kadırovun 15 yaşlı oğlu Çeçenistan Qəhrəmanı oldu

7-10-2023, 09:26

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Çeçenistan Qəhrəmanı adına layiq görülüb.

Manset.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı, Rusiya Qəhrəmanı Adam Delimxanov öz teleqram kanalında məlumat verib.

“Əziz qardaşım oğlunu Çeçenistan Respublikasının ən yüksək tituluna layiq görülməsi münasibətilə təbrik edirəm”, - o yazıb.

Onun sözlərinə görə, Adam müsəlmanların əsas kitabı olan Quranı əzbərləməyi bacarıb və “Hafiz” (Quranı əzbərləyən) adını qazanıb. Bundan əlavə, o, bir neçə nüfuzlu qarışıq döyüş sənəti turnirində qalib gələrək idmanda uğur qazanmağı bacarıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi