Seksual qısnamada ittiham etdilir - Dostunun qızı...
13 qadın tərəfindən seksual qısnamada günahlandırılan "Qızıl Qlobus" mükafatlı fransız aktyor Jerar Depardye susqunluğunu pozub.
Aktyor bununla bağlı açıqlama edib və linç kampaniyasının qurbanı olduğunu bildirib.
Baş verənlərdən sonra Jerar Depardyenin vəkili onun iddiaları təkzib etdiyini bildirib. Parisin baş prokuroru istintaqın davam etdiyini vurğulayıb.
“Mən heç vaxt, heç bir qadına sataşmamışam”-deyə aktyor vurğulayıb.
J.Depardyeni təcavüzdə günahlandıranlardan birinin vəkili isə qadının Depardyeni tanıdığı üçün onun evinə getdiyini bildirib: "Qadın Jerar Depardyenin çoxdankı dostunun qızıdır. O, körpə ikən Jerar Depardye onu dizinin üstündə saxlayıb. Ona görə də ona qarşı atalıq etimadı var idi. Dəvət etdi. Necə olduğunu öyrənmək üçün evinə getdi və bu şərtlər altında 10 dəqiqə sonra həmin hadisə baş verdi".