“Google” bu qədər təzminat ödəyəcək
“Google” geolokasiya konfidensiallığını pozduğuna görə Kaliforniya ştatına 93 milyon dollar təzminat ödəyəcək. Tərəflər arasında razılaşma əldə olunub.
“Report” xəbər verir ki, bu barədə
Nəşr qeyd edir ki, əldə olunmuş razılaşma şirkətin istifadəçilərin yerlərini necə izlədiyinə dair təhqiqatı yekunlaşdırmaq üçün 2022-ci ilin noyabrında əldə edilən 40 ştatla 391,5 milyon dollarlıq təzminatdan sonra həyata keçirilir.
Ştatların təhqiqatına 2018-ci ildə “Associated Press”in
Baş Prokuror Rob Bontanın sözlərinə görə, “Google” öz kommersiya məqsədlərini güdərək istifadəçilərinə “bir şey deyib, başqa şey edirdi”:
“Bu, qəbuledilməzdir. Bugünkü razılaşma ilə biz “Google”u məsuliyyətə cəlb etmiş oluruq”.
“Google”un heç bir qanun pozuntusunu qəbul etmədiyi razılaşma çərçivəsində şirkət həmçinin bir sıra məhdudiyyətlərə, o cümlədən məkanın izlənilməsi ilə bağlı daha çox şəffaflığın təmin edilməsi, məkanla bağlı hesab parametrlərini aktivləşdirərkən istifadəçilərə onların geolokasiya verilənlərinin reklam fərdiləşdirilməsi üçün istifadə oluna biləcəyinin açıqlanması və əlavə məlumatların göstərilməsi ilə razılaşıb.
“Son illərdə etdiyimiz təkmilləşdirmələrə uyğun olaraq, illər əvvəl dəyişdirdiyimiz köhnəlmiş məhsul siyasətlərinə əsaslanan bu məsələni həll etdik”, - şirkətin açıqlamasında bildirilib.