azia.az
azia.az

Vanqanın bu proqnozu gündəmə bomba kimi düşdü: “Sonsuza qədər...”

12-09-2023, 08:12

Bolqar kahin Vanqanın 2024-cü illə bağlı proqnozları gündəmdədir.   

Ekstrasens illər öncə 2024-cü ildə dünyanın böyük transformasiyaya uğrayacağını iddia edib.   İki böyük elmi gəlişmə ilə dünyanın gedişatının sonsuza qədər dəyişəcəyini deyın Baba Vanqa xərçəngin müalicəsinin tapıla biləcəyini bildirib. Həmçinin QİÇS-in kökünün kəsiləcəyini iddia edib.   
2024-cü il üçün başqa bir proqnozu isə “neft əsri”nin sona çatacağı ilə bağlıdır. Gələn il diqqətin bərpaolunan enerjiyə veriləcəyi söyləyib.  Vanqa kvant kompüterlərinin inkişaf edəcəyini də iddia edib. Maliyyə, səhiyyə və kibertəhlükəsizlik kimi sektorlara ciddi təsir göstərdiyi bildirilən kvant kompüterləri ilə mürəkkəb hesablamalar görünməmiş sürətlə həyata keçirilə bilər.   
Baba Vanqa Rusiya Prezidenti Vladimir Putinin ölkəsindən olan biri tərəfindən öldürüləcəyini də deyib. Digər tərəfdən Avropada ekstremistlərin hücumlarının artacağını iddia edib.   
ABŞ-ın keçmiş prezidenti Donald Trampın müəmmalı bir xəstəliyə tutulacağı da onun proqnozları arasındadır.   Vanqa kiberhücumların da artacağını iddia edib. O, həmçinin deyib ki, bu hücumlar qlobal xaosa və nizamsızlığa səbəb ola bilər.   Həmçinin 2024-cü ildə qlobal iqtisadiyyata təsir edəcək böyük böhranın ola biləcəyini söyləyib. (Teleqraf.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi