azia.az
azia.az

Vəzifəli şəxsləri aldadan qadın həbs edildi - 2 milyonluq…

7-09-2023, 08:56

İzmirli tur şirkətinin sahibi Emine Yıldız Ankaranın Mamak rayonunda 61-i Memarlar Palatasının üzvü olmaqla 173 nəfəri Balkan turu vədi ilə aldadıb.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir  ki, qadın aldatdığı şəxslərin ümumilikdə 2 milyon lirəsini mənimsəyib. 

Hadisə ilə bağlı məlumatda bildirilir ki, Balkan turu vədi ilə onlardan pul yığıb və bir müddət sonra yoxa çıxıb.
Memarlar Palatasının Dənizli Şöbəsi, Balkan Turu təşkil edib. Onlar bunun üçün İzmirdə yerləşən bir tur firmasının sahibi Emine Yıldız ilə görüşərək 61 üzv üçün adambaşı 480 Avro məbləğində razılığa gəlib.

Tur haqqını kredit kartı və pul köçürmə yolu ilə götürən Emine Yıldız bir müddət sonra yoxa çıxıb. 

Hadisə ilə bağlı polisə məlumat verilib. Karşıyaka Respublika Prokurorluğunun göstərişi ilə hərəkətə keçən İzmir Maliyyə Şöbəsi və Kəşfiyyat Şöbə Müdirliyi əməkdaşları sözügedən tur şirkətinin sahibi Emine Yıldızın Mamakda gizləndiyini müəyyən edib.  Ünvanda aparılan əməliyyat zamanı Emine Yıldız tutularaq nəzarətə götürülüb.
Prosesin ardından ədliyyəyə sövq edilən Yıldız aparıldığı məhkəmə tərəfindən həbs edilib.

Ayxan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi