Oğlu şahzadə Diana ilə qəzada ölmüş biznesmen 94 yaşında vəfat edib
Oğlu şahzadə Diana ilə avtomobil qəzasında ölmüş biznesmen Məhəmməd Əl-Fayed 94 yaşında vəfat edib.
“Report” xəbər verir ki, bu barədə
məlumat yayıb.Əl-Fayed Misirdə anadan olub, Yaxın Şərqdə biznes imperiyası qurub və 1970-ci illərdə Böyük Britaniyaya köçüb.
O, İngiltərənin
futbol klubunun, Parisdəki “Ritz” hotelinin və Londondakı “Harrods” univermağının sahibi olub.O həmçinin “Fulhem” stadionunun kənarında abidə ucaltdığı mərhum Maykl Ceksonla da dost olub.
Son illərdə Əl-Fayed, demək olar ki, ictimaiyyət qarşısına çıxmır və həyat yoldaşı Hayni ilə birlikdə Surrey qraflığında malikanədə yaşayırdı.
Şahzadə Diana və sevgilisi – sözügedən biznesmenin oğlu Dodi Əl-Fayed 1997-ci ilin avqustun 31-də Parisdə avtomobil qəzasında həlak olublar.
2008-ci ildə London Ali Məhkəməsində andlı iclasçılar qəzaya sürücünün səhlənkarlığı və təqib edən müxbirlərin səbəb olduğu qənaətinə gəlib.
Məhəmməd Əl-Fayed rəsmi versiya ilə razılaşmayıb və uzun müddət öz araşdırmasını aparıb, lakin sonda andlı iclasçıların qərarı ilə barışıb:
“Yetər. Bunu Uca Yaradana tapşırıram. Lakin mən özüm başqa heç nə etməyəcəyəm”.