azia.az
azia.az

İmran Xana qarşı ittiham LƏĞV EDİLDİ

28-08-2023, 12:18

Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xana qarşı adam öldürməyə cəhd ittihamını ləğv etmək qərarına gəlib.

Xəbər verilir ki, bu barədə onun vəkili Naim Panyuta “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yazıb. 

Həmçinin bu gün məhkəmə Xanın dələduzluq ittihamının ləğvi ilə bağlı şikayətinə baxacaq.

Qeyd edək ki, İmran Xan 2018-ci ildə Pakistanın baş naziri vəzifəsinə seçilib. 2022-ci ilin aprelində ona qarşı etimadsızlıq səsverməsi qəbul edildikdən sonra vəzifəsindən uzaqlaşdırılıb. Oktyabr ayında o, 5 il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib.

Sabiq baş nazir iyun ayında vəkil Razzak Şarı öldürməyə cəhddə ittiham olunub.

İqbal Rzayev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi