azia.az
azia.az

Məşhur model buna görə HƏBS OLUNDU - DƏHŞƏT(FOTO)

19-07-2023, 07:25

Məşhur model və influenser Cici Hadid Kayman adalarına uçarkən narkotik maddələrdən sui-istifadədə şübhəli bilinib.

Xarici mətbuata istinadən xəbər verilir ki, bu barədə hadisənin şahidləri danışıb. 

Məlum olub ki, bu gün 28 yaşlı supermodel Cici Hadid rəfiqəsi Liya Makkartni ilə birlikdə şəxsi təyyarə ilə Ouen Roberts Beynəlxalq Hava Limanına gəlib. O, artıq gömrük nəzarətindən keçsə də, qəfildən məmurlar onun pul kisəsini yoxlamaq qərarına gəliblər. Əvvəlcə onu skanerdən keçiriblər, sonra əl ilə yoxlayıblar.

Orada az miqdarda marixuana otları və siqaret ləvazimatları olduğu ortaya çıxıb. Cicinin sözlərinə görə, kanabis bitkisindən tibbi məqsədlər üçün istifadə edir. Nəticədə Hadid və rəfiqəsi marixuana və siqaret məhsulları idxal etməkdə ittiham edilərək həbs edilib. Bir neçə saat sonra insident aradan qaldırılıb, model zaminə buraxılıb və min dollar məbləğində cərimə olunub. Modelin meneceri artıq hadisə barədə açıqlama yayıb.

O, qeyd edib ki, Cici tibbi lisenziya ilə Nyu-Yorkda qanuni olaraq alınmış marixuana ilə səyahət edirdi. Mecerinin sözlərinə görə, model hazırda tətilinə davam edir.

Qeyd edək ki, Cicinin məşhur müğənni Zeyn Malikdən bir övladı var. Cütlük bir neçə il əvvəl qalmaqallı şəkildə ayrılıb. Buna səbəb kimi, Zeynin zərərli vərdişləri olduğu göstərilmişdi.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi