Dünya miqyaslı daha bir offşor qalmaqalı: hakerlər bu dəfə Kayman adalarına hücum etdi
Hakerlər offşor cənnətlərindən hesab edilən Kayman adalarının mərkəzi bankına hücum edərək nəhəng ölçülərdə maliyyə sənədlərini ələ keçiriblər və yayıblar.
Virtualaz.org “Exo Moskva” radiosuna istinadən xəbər verir ki, bu hücum artıq “Panama papers” qalmaqalı ilə müqayisə olunur. Həmin vaxt hakerlər Panamada offşor şirkətlərin qeydiyyatını həyata keçirən “Mossak-Fonseka” şirkətinin məlumat bazasını ələ keçirib yaymışdılar. Nəticədə bir çox ölkələrdə ciddi siyasi böhranlar yaranmışdı.
Xəbər verilir ki, hakerlər bu dəfə “Cayman National Bank and Trust” adlı Kayman bankının sənədlərini ələ keçiriblər. Onlar ümumi həcmi 2 terabayta yaxın olan informasiya əldə ediblər. “Unicorn Riot” adlı jurnalist təşkilatının bildirdiyinə görə, bu sənədlər arasında 4 mindən çox şirkətin, fondların və fiziki şəxslərin məlumatları yer alır. Bunlar bankın Kipr Böyük Britaniya, Britaniya, ABŞ və digər ölkələrdən olan müştəriləridir.
Nəhəng ölçülərdə sənədlərlə yanaşı hakerlər bankın əməkdaşlarının müştəriləri ilə yazışmaları da ələ keçirlib.