azia.az
azia.az

Talibandan Rəisiyə sərt cavab: Bir də təkrar etməyin!

19-05-2023, 14:07

İbrahim Rəisinin Taliban hökumətini Hirmənd çayının axınını dəyişdirməkdə günahlandırması yanlış məlumatlara əsaslanan yersiz bəyanatdır.

Bu sözləri Taliban hökumətinin rəsmisi Zəbiullah Mücahid İran prezidentinin xəbərdarlığına münasibət bildirərkən deyib.

O, İbrahim Rəisinin bəyanatını “nalayiq çıxış” adlandırıb:

“Bu, münasibətlərə zərbə vura bilər və bir daha təkrar olunmamalıdır”, - o deyib.

Qeyd edək ki, mayın 18-i Rəisi Talibanın Hirmənd çayının qarşısını kəsərək Sistan və Bəlucistanın su payını vermədiyini bildirmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi