azia.az
azia.az

Ukrayna Rusiya təyyarəsini “Patriot”la vurdu

19-05-2023, 08:30

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya məxsus təyyarəni “Patriot” zenit-raket kompleksi vasitəsilə vurub.

Bu barədə CNN məlumat yayıb.

Nəşr qeyd edib ki, adı açıqlanmayan Pentaqon rəsmiləri və ABŞ Konqresinin əməkdaşları son həftələrdə “Patriot”un köməyi ilə düşmənin bombardmançısını vurmağa müvəffəq olduqları barədə məlumat veriblər. CNN xəbər verir ki, digər hava hücumundan müdafiə sistemləri bunun üçün yetərincə uçuş məsafəsinə malik deyil.

“Patriot”un hədəf aldığı Rusiya təyyarəsi Ukrayna hədəflərinə raket zərbələri endirmək üzrə idi”, - nəşr diqqətə çatdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi