azia.az
azia.az

Kreml üzərində yenə naməlum dronlar göründü - VİDEO

16-05-2023, 08:04

Naməlum PUA-lar yenidən Kremlin və Moskvadakı hərbi hissələrin ətrafında dövrə vurub.

Moskvanın dairəvi avtomobil yolu və Kutuzov prospektlərində də dronlar görünüb.


Görüntüləri “Ukrayna 365” TG kanalı yayıb.

Kanalın mənbələrinin verdiyi xəbərə görə, mayın 14-də saat 22:42-də Moskva sakini polisə müraciət edərək, səmada naməlum işıqlar gördüyünü bildirib:

“İşıqlar kvadrokopterə və ya təyyarəyə bənzəyirdi. Bir dəqiqədən sonra hər ikisi Kremlə doğru uçdu”, – deyə o bildirib.

Məlumatda qeyd olunur ki, polis qrupları Kremlə bitişik əraziləri yoxlayıb, lakin dron tapılmayıb.

Günel Mikayılova,

konkret.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi