"Rusiya nümayəndə heyətinə qarşı hücum qəbuledilməzdir"
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Ankarada keçirilən Zirvə Toplantısında Ukrayna parlamentinin nümayəndə heyətinin bəzi üzvlərinin Rusiya nümayəndə heyətinin üzvlərinə qarşı təxribat xarakterli hərəkətləri və fiziki hücumları qəbuledilməzdir.
Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun “Twitter“ hesabında etdiyi paylaşımda deyilir.
O, bölgədəki problemlərin dialoq əsasında həll etmək məqsədi ilə bir masa arxasında bir araya gətirən QDİƏT-də belə bir xoşagəlməz və qəbuledilməz hadisənin baş verdiyini üçün təəssüfləndiyini qeyd edib: “Türkiyənin əldə etməyə çalışdığı sülh mühitini pozan bu davranışı qınayıram”.