azia.az
azia.az

ABŞ bu bölgəyə raket sualtı qayığı yerləşdiridi-TƏCİLİ

9-04-2023, 09:14

ABŞ Yaxın Şərqə 154 ədəd “Tomahawk” raketi daşıya bilən və idarə olunan raket sualtı qayığı yerləşdirib.

Bu barədə ABŞ-ın Bəhreyndəki 5-ci Donanmasının sözçüsü Timoti Havkins məlumat verib. 

Sualtı qayığın missiyası ilə bağlı təfərrüatlar açıqlanmayıb. Corciya ştatındakı Kings Baydan gələn sualtı qayığın cümə günü Süveyş kanalından keçdiyi bildirilir.

“Sualtı qayıq 154-ə qədər “Tomahawk” qanadlı raketi daşımağa qadirdir, regional dəniz təhlükəsizliyini və sabitliyini təmin etmək üçün 5-ci Donanmada yerləşdirilib”, - Havkins bildirib.

Gəmilərdən və ya sualtı qayıqlardan buraxılan “Tomahawk” qanadlı raketləri 2500 kilometr uzaqlıqdakı hədəfləri vura bilir. Raketlər ABŞ-ın 2003-cü ildə İraqa və 2018-ci ildə Suriyaya müdaxiləsinin başlanğıcında istifadə edilib. ABŞ-ın 5-ci donanması bütün neft daşımalarının 20 faizinin Fars körfəzində həyata keçirildiyi Hörmüz boğazına nəzarət edir. Onun nəzarət bölgəsinə Yəmən Babülməndəb boğazından Süveyş kanalına qədər uzanan Qırmızı dəniz də daxildir.

ABŞ, Böyük Britaniya və İsrail İranı son illərdə neft tankerlərini və ticarət gəmilərini hədəf almaqda ittiham edir, Tehran administrasiyası isə bu iddiaları rədd edir. Musavat.com 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi