Aprelin 6-da böyük tətil OLACAQ-Böhran DƏRİNLƏŞİR
Fransada pensiya islahatına qarşı etirazlar davam edir.Hökumət gərginliyi azaltmaq üçün tərəflərlə danışıqlar aparır.
Həmkarlar ittifaqları aprelin 6-da keçiriləcək ümumi tətilə hazırlaşır.
Kütləvi etirazlar başlayandan sonra hökumət gərginliyi azaltmaq üçün kritik bir addım atdı.
Baş nazir Elisabeth Borne siyasi partiyaların və ətraf mühit təşkilatlarının nümayəndələri ilə görüşdü və həmkarlar ittifaqları ilə görüşmək üçün vaxt təyin etdi.
Bundan başqa bir qrup solçu deputat prezident Makrona məktub yazaraq “tənzimləməni geri götürməyə” çağırıb.
Qeyd edək ki, Həmkarlar ittifaqları nizamnamənin geri götürülməyəcəyi təqdirdə öz etirazları davam etdirəcəklərini bildiriblər.