azia.az
azia.az

Şahzadəsi ƏSGƏR GEDƏCƏK - FOTO

17-03-2023, 09:00

Parlament monarxiyası ilə idarə olunan İspaniya taxt-tacının ilk varisi - 17 yaşlı şahzadə Leonor əsgərliyə gedəcək. Şahzadə dövlət başçısı roluna hazırlaşmaq üçün bu ilin sonunda üç illik hərbi təlimlərə başlayacaq.

 

Bu barədə İspaniya Nazirlər Şurasının bu həftə keçirilən növbəti iclasından sonra müdafiə naziri Marqarita Robles mətbuata verdiyi açıqlamada bildirib.

 

Qeyd olunub ki, Leonor 3 il hərbi təhsil aldıqdan sonra İspaniya Silahlı Qüvvələrinin ilk qadın baş komandanı kimi tarixə düşəcək.

 

Müdafiə nazirinin sözlərinə görə, gələcək kraliçanın quru, dəniz və hava qüvvələrində 3 illik hərbi təlimə başlaması üçün artıq fərman verilib.

Şahzadə Leonor avqustun sonu və ya sentyabrın əvvəlində Saraqosa Hərbi Akademiyasında təlimə başlayacaq. Onun quruda hərbi təhsil alacağı və İspaniya bayrağı ilə andiçmə mərasiminə qədər ilk ilini burada keçirəcəyi, daha sonra Pontevedrada dəniz, San Xavyerdə isə hava təlimi keçəcəyi bildirilib.

 

O da qeyd olunub ki, Şahzadə Leonor atası Kral VI Felipenin 1985-1989-cu illər arasında aldığı hərbi təhsilə bənzər hərbi təhsil alacaq.

 

Məlumat üçün bildirək ki, kralın oğul varisi olmadığı üçün böyük qızı, Şahzadə Leonor taxtın varisi hesab olunur. (Publika.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi