SON DƏQİQƏ! Rusiyanı çökdürəcək qərar qəbul edildi
Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Oxu24.com xəbər verir ki, bu barədə İsveç sədrliyi tviterdə məlumat yayıb.
“Paketə daxildir, məsələn: ikili istifadə və texnologiya ilə bağlı daha sərt ixrac məhdudiyyətləri; müharibəyə dəstək verən, təbliğat aparan və ya Rusiyanın müharibədə istifadə etdiyi dronları çatdıran fiziki və hüquqi şəxslərə qarşı məqsədyönlü məhdudlaşdırılmış tədbirlər; Rusiyanın dezinformasiyasına qarşı tədbirlər”, - tvitdə qeyd olunub.