azia.az
azia.az

Məşhur prodüserə 36 il HƏBS CƏZASI VERİLDİ - FOTO

25-02-2023, 11:19


Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur Hollivud prodüseri Harvi Vaynşteynin cəzası artırılıb.

Azia.az  Axşam.az-a istinadən xəbər verir ki, "Variety"nin məlumatına görə, Los-Anceles məhkəməsi prodüseri daha 16 il müddətinə həbs cəzasına məhkum edib.

Qeyd edək ki, hazırda 70 yaşı olan Harvinin ünvanına ilk ittihamlar 2017-ci ilin sonunda irəli sürülüb. Son 30 il ərzində onun 80-dən çox xanıma təcavüz etdiyi deyilir. 

Onlar arasında Ancelina Coli, Qvinet Peltrou, Salma Hayek kimi məşhur aktrisalar da var. O, 2020-ci ildən həbsdədir. Bundan əvvəl ona 23 il həbs cəzası verilmişdi. 


Məqaləyə dair fotomateriallar:




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi