azia.az
azia.az

Yaponiyadan 1,5 milyard dollarlıq yardım

19-02-2023, 09:02

Yaponiya indiyədək Ukrayna və onun qonşu dövlətlərinə humanitar, maliyyə, enerji və yenidənqurma işlərinə 1,5 milyard dollarlıq yardım göndərib.

Bu fikirlər Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi ilə ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşün yekunlarına dair bəyanatında yer alıb.

Qeyd olunub ki, Yaponiya həmçinin enerji dəstəyi, minaların və partlamamış hərbi sursatların təmizlənməsi təşəbbüslərini həyata keçirib.

Ukraynanın XİN rəhbəri göstərdiyi köməyə görə Hayaşiyə təşəkkür edib və tərəflər əməkdaşlığın genişləndirilməsinin vacibliyini təsdiqləyiblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi