“Vaqner”ə məxsus təyyarə vurulub
Baxmut üzərində “Vaqner” özəl hərbi şirkətinə məxsus təyyarə vurulub
Xəbər verilir ki, Ukrayna hərbçiləri Donetsk vilayətinin Baxmut səmasında Rusiyanın “Vaqner” özəl hərbi şirkətinə məxsus Su-24 təyyarəsini vurub. Məhz bu təyyarə “Vaqneritlər”in lideri Yevgeni Priqojinin Ukrayna prezidenti Vladimir Zelenskini hava duelə çağırdığı təbliğat videosunun çəkilişi zamanı istifadə edilib. Təyyarənin vurulması barədə məlumatı Priqojinin mətbuat xidməti də təsdiqləyib. Eyni zamanda, onların sözlərinə görə, təyyarə hazırda təmirdədir.
Pilot yanan təyyarəni yerə endirə bilib.