Müğənninin ədəbsiz jestləri bu dəfə.. - VİDEO
Azia.az media-Dünya mətbuatında məşhur müğənnilərin yeni klip təqdimatı, reklam çəkilişi və ya çılpaq pozları gündəm olarkən, Britneyin psixi sağlamlığının getdikcə daha da pisləşməsi narahatlığa səbəb olur.
Britney hətta ən sadiq pərəstişkarlarını da şoka salmağa davam edir.
Sfera.az bildirir ki, amerikalı müğənni Britni Spirs Los-Ancelesdəki restoranlardan birində qalmaqallı qaçışından sonra qısa müddət sakit qalıb. Lakin tezliklə şkaf önündə ənənəvi rəqsləri ilə İnstaqramda video yayımlayıb. Onun bu dəfə hərəkətləri bir-iki nalayiq jestlə müşayiət edilib. Videoda orta barmaq göstərməsin çox güman ki, öz bədxahlarına ünvanlanıb.
Ancaq müğənniyə elə gəlib ki, rəqs etmək kifayət deyil və qısa müddətdən sonra Britninin əxlaqi və psixi durumu ilə bağlı daha çox suallar doğuran yeni yazı ortaya qoyub. O, pancake üzərinə şərbət tökən balaca qızın rəsmini emosional yazı ilə paylaşıb.
Xüsusən də Britni hər addımında onun arxasınca gedən və ən xırda səhvindən tutmağa çalışanları söyür. Gah spirtli içki içərək söyür, gah da kiminləsə mübahisə edir. Müğənninin sözlərinə görə, ondan nifrət edənlər nədənsə onun keçmişinin necə olduğunu xatırlamaq istəmirlər.
"Bilirəm ki, restoranda bir az sərxoş olmağımla bağlı bütün xəbərlər qızışdırılıb... sanki HƏR HƏRƏKƏTİMİ İZLƏYİRLƏR !!! Mənim haqqımda manyak danışırlar, danışmağa topları var. Keçmişimdə baş verən bütün neqativlər haqqında!!!Düzünü desəm, dünyanı tərifləmək və onu yıxmaq mənim üçün daha təhlükəsiz olardı, çünki peyğəmbər olub tarix yazsam, əlimdə nəsə ola bilər. ...Mən sadəcə zarafat edirəm bu, yaxşı fikirdir”.
Spirs postların altındakı şərh yerini bağlayıb.
Keçən həftə media Britni və həyat yoldaşı Sam Asgharinin Woodland Hillsdəki Joey restoranına gəldiyini yazıb. Bəzi personal və müdriyyət onların şəklini çəkməyə başlayanda Spirs qəzəblənib, skandal yaradıb, Asgari isə müğannini orada qoyaraq restoranı tərk edib.
İnternetdə yayılan videoda Britninin menyunun üzünü örtməyə çalışdığı görünür. Hadisə şahidləri iddia edirdilər ki,çox diqqət sənətçini getdikcə daha çox qəzəbləndirib və o, qeyri-müəyyən şəkildə söyüş söyməyə başlayıb. Bir müddət sonra Spirs də mühafizəçinin müşayiəti ilə restorandan qaçıb. Mühafizəçi daha sonra hesabı ödəmək üçün geri qayıdıb.
Aysel