Britni Spirs işə qayıdır
Amerikalı pop ulduz Britni Spirs 2022-ci ildə konsert fəaliyyətinə qayıtmağı planlaşdırır və təklifləri nəzərdən keçirir.
Azia.az xəbər verir ki, bir neçə təşkilatçı artıq müxtəlif təkliflərlə sənətçiyə müraciət edib. Müğənni "həm şəxsi həyatında, həm də karyerasında müstəqil qərarlar vermək” niyyətindədir.
Qeyd edək ki, noyabrın sonunda Spirs atasının onun üzərindəki 13 illik qəyyumluğundan qurtulduqdan sonra ilk dəfə olaraq yeni filmin çəkilişlərində iştirak edib. Sənətçi qarşıdan gələn layihənin təfərrüatlarını açıqlamayıb.
Həmçinin ifaçı şəxsi həyatı haqqında da danışıb. Müğənninin sözlərinə görə, indi o, həyatda xırda şeylərdən, məsələn, avtomobilin açarları və ya bank kartına sahib olmaq fürsətindən həzz alır.