Nigeriyanın Kano əyalətində Məhəmməd peyğəmbəri təhqir edən din xadimi Şeyx Əbdülcabar Nasiru Kabara edam cəzasına məhkum edilib.
Azia.az xarici mediaya istinadən xəbər verir ki, Kano Şəriət Məhkəməsi, 52 yaşlı din xadimi Kabaranı Məhəmməd peyğəmbəri təhqir etdiyinə görə ölüm cəzasına məhkum edib.
Məhkəmə sədri İbrahim Sarki-Yola Kabaranın ifadəsindən sonra Məhəmmədi təhqir etməsi sübuta yetirilib və buna görə də ona ölüm cəzası verilib.
Sarki-Yola bildirib ki, Kabaranın din xadimi işlədiyi iki məscid də müsadirə edilib.
Məhkəmə Kabaraya qərardan şikayət etmək üçün 30 gün vaxt verib.
Özünü Qədiriyyə İslam Hərəkatının lideri və ölkədə dindar biri kimi təqdim edən Kabara 16 iyul 2021-ci ildə peyğəmbəri təhqir etdiyinə görə saxlanılıb.