Sorğulara görə seçicilər daha yüksək boylu siyasətçilərə üstünlük verir və onları liderliyə daha uyğun hesab edirlər.
Azia.az Ölke.az-a istinadən xəbər verir ki, "İnsider” saytı dünyanın ən hündür və ən alçaq boylu liderlərinin adlarını və boy ölçülərini açıqlayıb.
Siyahını təqdim edirik:
İrlandiya prezidenti Maykl D. Higgins - 160 sm
Şotlandiyanın birinci naziri Nikola Sturgeon - 163 sm
Şimali Koreya lideri Kim Çen In – 163 sm-dən 170 sm-ə qədər.Tez-tez Şimali Koreya liderinin boyu 170 sm olduğu bildirilir, lakin bu məlumatın haradan gəldiyi bəlli deyil. Mütəxəssislər hesab edir ki, Kim tez-tez onu hündür göstərən ayaqqabılar geyinir.
Böyük Britaniyanın baş naziri Rişi Sunak - 170 sm.
Sunak Asiya əsilli ilk Britaniya baş naziri və eyni zamanda ən gənc baş nazirdir.
Yeni Zelandiyanın Baş naziri Casinda Ardern - 170 sm
Rusiya prezidenti Vladimir Putin - 170 sm
Fransa prezidenti Emmanuel Makron - 173 sm
Macarıstanın baş naziri Viktor Orban - 173 sm
Çin prezidenti Xi Jinping - 175 sm.BBC-nin məlumatına görə, Çin lideri Si Cinpin Maodan sonra ən hündür Çin lideri hesab olunur.
ABŞ prezidenti Co Bayden - 182 sm
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - 183 sm
Kanadanın Baş naziri Castin Trüdo - 188 sm
Serbiya prezidenti Aleksandar Vuçiç 198 sm-dir ki.
Beləliklə dünyanın ən alçaqboylu lideri İrlandiya prezidenti Maykl D. Higgins - 160 sm, ən uca boylu lideri isə Serbiya prezidenti Aleksandr Vuçiçdir.