SON DƏQİQƏ! Türkiyə Rusiya bazasına hücum edib:Zərbələr endirilib
Noyabrın 24-də səhər saatlarında Türkiyə silahlı qüvvələri Suriyanın Tel Tamar şəhərindəki Rusiya bazasının ərazisinə hücum edib.
Azia.az xəbər verir ki, bu barədə hərbidəki mənbələrə istinadən Clash Report məlumat yayıb.
Zərbənin pilotsuz təyyarələrin köməyi ilə həyata keçirildiyi məlum olub. Türkiyə tərəfinin hədəfi kürd PKK yaraqlılarının obyektləri olub.
Türk pilotsuz təyyarələrinin hücumu zamanı rus hərbçiləri onların obyektində olmayıblar.Ruslar zərbələrdən əvvəl bazanı tərk ediblər və Türkiyə ordusunun əməliyyatı başa çatdıqdan sonra geri qayıdıblar.
“Rusiya ordusuna məxsus “Z” hərfi ilə işarələnmiş maşınlar Türkiyə PUA-ları bölgədəki əməliyyatını başa vurduqdan sonra öz bazalarına qayıdıb”, - deyə məlumatda bildirilir.