azia.az
azia.az

“Biz “öldür” əmrini verən şəxsi də yaxaladıq” - Nazir

17-11-2022, 08:31


"Hadisədən sonra texniki dinləmə həyata keçirildi." 

Azia.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Nazir deyib: “ Terror təşkilatının təlimatı açıq şəkildə terrorçunun öldürülməsinə yönəlmişdi. Ola bilsin ki, terror təşkilatı bu hadisədən əsəbləşsin, amma biz “öldür” əmrini verən şəxsi də yaxaladıq”.


Daxili işlər naziri Süleyman Soylu sözlərinə davam edib: “Biz 6 ildir İstanbulda belə terror hadisəsi görməmişdik. Təkcə bu il 200 terror hadisəsinin qarşısını almışıq. Təbii ki, biz millət olaraq birlikdə güclü olmalıyıq, onlara təslim olmamalıyıq”.

 

 Bu arada İstiqlal küçəsinə bomba buraxdıqdan sonra qaçan terrorçu qadının gecə saatlarında Küçükçekmecedə keçirilən əməliyyatla yaxalandığı məlum olub.

Suriya əsilli Əhlam Əlbəşirin sorğu-sualında onun PKK/PYD/YPG terror təşkilatı tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirildiyi və terror aktı həyata keçmək üçün Afrin-İdlibdən qeyri-qanuni yollarla Türkiyəyə daxil olduğu öyrənilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi