azia.az
azia.az

PYD-dən Türkiyəyə imtina cavabı

15-02-2016, 11:07

PYD-dən Türkiyəyə imtina cavabı PKK-ya yaxın silahlı qruplaşmanın rəhbəri tutduqları ərazilərdən çıxmayacaqlarını deyib.

Suriyada PKK-ya bağlı PYD silahlı qruplaşmasının rəhbəri Salih Müslüm bu gün Türkiyənin tələblərini yerinə yetirməyəcəkləri barədə bəyanatla çıxış edib.
“Reuters”ə müsahibə verən Salih Müslüm bildirib ki, Türkiənin Suriyanın daxidi işlərinə qarışmağa haqqı yoxdur: "Əgər bu, baş verərsə, bütün Suriya xalqı qarşı onlara qarşı çıxacaq".
Türkiyə tərəfi Hələbə nəzarət edən mötədil Suriya müxalifəti ilə Türkiyə ərazisini birləşdirən anklavın Əsəd rejiminə yaxınlığı ilə seçilən PYD-nin nəzarəti altına keçməsinin əleyhinə çıxış edir. Hələb cəbhəsində terror təşkilatı PKK-ya bağlı PYD üç gün əvvəl strateji Miniğ aviabazasını ələ` keçirib.
PYD daha sonrada Türkiyə sərhədində olan və müxaliflərin can damarı olaraq bilinən Azez qəsəbəsinə hücuma başlayıb. PYD-yə Rusiyanın döyüş təyyarələrinin havadan dəstək verib. Rusiyanın dəstəyini arxasına alan terror təşkilatı Azezə 500 metr məsafədə yerləşən Şat kəndinə qədər girib. Azezi mashirəyə alan PYD kəndlərə ağır silahlarla atəş açıb.
Bu, Türkiyə baş naziri Əhməd Davudoğlunun sərt çıxışı ilə nəticələnib. Baş nazir Türkiyənin Suriya ərazisində hərbi əməliyyata başlayacağından bəhs edib. O bildirib ki, ölkəsi PYD-ni yerində oturtmağa hazırdır. Türkiyə həm də PYD-nin Türkiyəyə qarşı terror hücumları təşkil edən PKK-ya dəstək verməsindən narahatdır. Türkiyə dəfələrlə PYD-nin PKK-nı silahlandırması barədə bəyanatlar verib.
Əhməd Davudoğlunun bəyanatından sonra Türkiyə Silahlı Qüvvələrinə məxsus "Fırtına" özüyeriyən topları sərhədin yaxınlığında Suriya ərazisində yerləşən Azez qəsəbəsini atəşə tutmağa başlayıb. Topların hədəfi qəsəbədəki PYD mövqeləri olub. Türkiyə topları bu gün də atəşi davam etidirib. İndi gündəmə Türkiyənin Süriyaya qoşun yeritməsi gəlib. Türkiyənin bu addımı atmağa Suriyanın şimalında yerləşən 40-a yaxın türkmən kəndinin PYD tərəfindən ələ keçirilməsi vadar edə bilər.
Lakin Salih Müslüm bu faktları təkzib etməyə çalışır. O, iddia edir ki, PYD-nin ələ keçirdiyi aviabaza əvvəllər "Ən Nusra" qruplaşmasının əlində olub. İndi isə aviabaza PYD-nin nəzarəti altına keçib. Salih Müslüm deyib ki, Ankara həmin aviabazanı ya "Ən Nusra"nın və ya Əsəd rejiminin əlinə vermək istəyir.
İstənilən halda, Suriyada mötədil müxalifətin taleyi sual altına düşür. Bu məsələ təbii ki, Ankaranı narahat edir. Ankara PYD-nin türkmənlərə məxsus əraziləri ələ keçərərək onların Türkiyəyə deportasiya edildməsi ilə barışacaqsa, bu, gələcəkdə daxili siyasətdə də özünü göstərəcək. Suriyada möhkəmlənən PYD bundan sonra PKK-ya dəstəyini daha da artıracaq. Bu isə Türkiyədə terror təhlükəsini daha da artıracaq. Yəqin ki, Ankaranın növbəti addımları bu təhlükənin aradan qaldırılması istiqamətində olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi