İmran Xanı ölümdən xilas edən şəxslə bağlı YENİ XƏBƏR - Xalq onu qəhrəman elan etdi - VİDEO
Pakistanın sabiq baş naziri İmran Xanı ölümdən xilas edən vətəndaş xalq arasında qəhrəman elan olunub.
Azia.az xəbər verir ki, bu barədə Pakisyan mediası məlumat yayıb.
Xəbərdə bildirilir ki, vətəndaş özünü təhlükəyə ataraq, ikinci güllənin İmran Xana dəyməsinə imkan verməyib. O, silahlı şəxsə müdaxilə etdiyi üçün güllə sabiq baş nazirdən yan keçib.
Bu səbəbdən, vətəndaşlar İmran Xanı ölümdən xilas edən şəxsin mükafatlandırılmasını istəyir.
Qeyd edək ki, ötən gün minlərlə tərəfdarı ilə İslamabada yürüş edən İmran Xana qarşı sui-qəsd edilib. Hücum nəticəsində sabiq baş nazir ayağından yaralanıb. Onunla bərabər 4 nəfər də xəsarət alıb.
Hadisədən sonra hücumu törədən şəxs saxlanılıb.
Elvin Səxavətoğlu