Şakira 91 yaşlı atasının ayaqlarını öpdü - VİDEO
Dünyaca məşhur müğənni Şakira sosial şəbəkədə yeni videosunu paylaşıb.
Xəbər verilir ki, 45 yaşlı sənətçi xəstəxanada atası Uiliamm Mebarak Şadidi ziyarət edib. Şakira 91 yaşlı atasının ayaqlarını hərəkət etdirməsinə kömək etdikdən sonra onun ayaqlarından öpüb.
Müğənni görüntüyə "Və bəzən həyat xəstəxana ziyarətləriylə Hellouin bayramı kostyumları arasında gerçəkləşən şeylərdir" qeydini yazıb.
Şakiranın bu addımı izləyicilərini çox duyğulandırıb.//sfera.az