Yunanıstan türk simitinə göz dikdi – Yunanlardan ermənisayağı oğurluq
Yunanıstan əsrlər əvvəl kəşf edilən türk ləzzətlərini mənimsəməyə davam edir.
Azia.az Haberglobal-a istinadən xəbər verir ki, paxlava, lokum kimi bir çox türk ləzzətini öz adına çıxmağa çalışan Yunanıstan indi də Türkiyənin coğrafi göstəricisi olan qəlyanaltı ləzzətli küncütlü simitin onlara aid olduğunu iddia edib.
Təbii ki, Türkiyə əhalisi buna etiraz edib.
Qeyd edək ki, daha öncə yunanlar yarpaq dolması, doldurulmuş qovun, ispanaqlı börək, paxlava, dönər və digər yeməkləri mənimsəyərək Yunan mətbəxinə aid etməyə çalışıblar.
Bizdə yaxşı bir atalar sözü var: “Oğru oğrunu tez tanıyar”. Necə ki, bir-birlərini yaxşı tanıyan Ermənistan Yunanıstanla eyni mövqedədir. İki türk dövlətinə qarşı əsassız ərazi iddiaları, saxta tarix və yemək oğurluğu ilə məşğul olan yunan və ermənilər bu atalar sözünü öz bədnam əməlləri ilə təsdiqləyirlər. Ermənistan bizə məxsus milli yeməkləri öz adına çıxardığı kimi Yunanıstan da qardaş ölkə Türkiyəyə qarşı eyni mövqeni sərgiləyir.