azia.az
azia.az

Bu ölkədə Noyabrın 5-dək matəm elan olunub

30-10-2022, 09:10

Cənubi Koreya Prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində baş verən, çoxsaylı insan ölümü ilə nəticələnən izdihamla əlaqədar noyabrın 5-dək milli matəm elan edib.

 

Bu barədə bazar günü “Yonhap” agentliyi məlumat yayıb.

 

Seulun mərkəzindəki İtxevon küçəsində şənbə günü axşam saatlarında Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdihamda 151 nəfər həlak olub, daha 82 nəfər yaralanıb.

 

İzdihamda təxminən 100 000 insanın toplaşdığını təxmin edilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi