300 min nəfər mühasirəyə alındı - Dünyanı qorxudan açıqlama
Çinin Çjençjou şəhərində yerləşən və dünyanın ən böyük “iPhone” istehsalı bazası kimi bilinən fabrikdə 300 min işçi karantina alınıb.
Azia.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb fabrikdəki işçilərdə koronavirusa yoluxma hallarının qeydə alınmasıdır. Məlumata görə, fabrikdə iş davam etsə də, işçilərin binanı tərk etməsinə imkan verilmir. Bildirilir ki, fabrikdəki yeməkxanalarda birgə yemək qadağan edilib. İşçilər yeməklərini qaldıqları otaqlara apararaq qidalanırlar. Məlumata görə, koronavirusa yoluxan işçilərin sayı çox deyil. Fabrikin sahibi olan "Foxconn" şirkəti məlumatları təsdiq edib.
Qeyd edək ki, Çində koronavirusla bağlı sərt tədbirlərin tətbiqi davam edir.