azia.az
azia.az

"iPhone 14 Pro" almaq üçün hansı ölkədə nə qədər işləmək lazımdır? - SİYAHI

9-09-2022, 10:45

"iPhone 14 Pro" almaq üçün hansı ölkədə nə qədər işləmək lazımdır? - SİYAHI
Bir neçə gün öncə dünyanın nəhəng texnologiya şirkəti "Apple"ın "iPhone" seriyasının yeni modeli "iPhone 14" canlı olaraq təqdim edildi. Bəs, "iPhone 14 Pro"nu almaq üçün hansı ölkədə nə qədər işləmək lazımdır?

BAKU.WS xəbər verir ki, yeni seriya 4 versiyadan - iPhone 14, iPhone 14 Plus, iPhone 14 Pro və iPhone 14 Pro Max-dan ibarətdir.

Türkiyədə iPhone 14 Pro-nun satış qiyməti 39 999 lirə (3729 AZN) olaraq açıqlanarkən, iPhone 14 Pro Max-ın 43 min 999 lirədən (4102 AZN) satılacağı açıqlanıb. Ölkəmizdə isə yeni seriyanın qiymətləri haqqında hələlik dəqiq məlumatlar yoxdur.

"iPhone 14 Pro" almaq üçün hansı ölkədə nə qədər işləmək lazımdır? - SİYAHI

İsveçrədə yeni model telefonlardan almaq üçün çox da böyük zəhmət tələb edilmir. Sözügedən ölkədə 5.5 günlük əmək kifayət edir ki, siz yeni telefonun pulunu tamamlayasınız.

Amerikada yeni İphone modelinə sahib olmaq istəyən şəxslərin 8 gün işləməsi kifayət edir ki, lazım olan məbləği toplaya bilsinlər.

Avstraliyada isə bu rəqəm daha da aşağıdır. Belə ki, orada yaşayan bir şəxs yeni İphone üçün 6 gün işləsə kifayətdir.

Almaniyada da İphone almaq elə də çətin deyil. Bu ölkə 10 gün işləyib son model telefonları əldə edə bilərsiniz.

"iPhone 14 Pro" almaq üçün hansı ölkədə nə qədər işləmək lazımdır? - SİYAHI

Fransa üçün bu göstərici 11 gün olaraq bildirilir.

İtaliya və İngiltərənin hər birində isə iş müddəti 13 gün olmaqla göstərilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi