Sabiq deputat evinə gələn polisləri yaraladı - əvvəlcə qumbara atdı... (VİDEO/FOTO)
Azia.az xarici KİV-ə istinadən xəbər verir ki, polislərin üzərinə qumbarası atan sabiq deputat daha sonra onlara atəş açıb.
Hadisə nəticəsində iki polis yaralanıb.
Bundan sonra açıqlama verən Cefferson, "Oradakı insanların heç birini vurmadım. Onların maşınlarını və yanındakıları vurdum. Orada 4 nəfər var idi və qaçdılar" - deyə, bildirib. Polis isə hadisədə iki məmurun yaralandığını və Ceffersonun adam öldürməyə cəhddən həbs edildiyini açıqlayıb.
Digər tərəfdən Ceffersonun evinin qarşısına toplaşan fanatlar “Roberto Ceffersona azadlıq” şüarları səsləndiriblər.
Qeyd edək ki, Cefferson bu ilin əvvəlində hakimi hədələdiyi üçün həbs cəzasına məhkum edilmiş, yanvarda isə özünün tələbi ilə cəza ev dustaqlığı ilə əvəzlənmişdi.