azia.az
azia.az

Ukraynada işğalçılar dəhşət yaşadı - 500 ölü, 17 PUA, 10 tank...

14-10-2022, 11:57


Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 64300 (+500) nəfər canlı qüvvəsi, 2521 (+10) tank, 5172 (+5) zirehli döyüş maşını, 1566 (+10) artilleriya sistemi, 362 (+5) reaktiv yaylım atəşi sistemi, 186 (+3) hava hücumundan müdafiə sistemi, 268 (+0) təyyarə, 240 (+0) helikopter, 1199 (+17) PUA, 316 (+0) qanadlı raket, 16 (+0) gəmi, 3944 (+9) avtomobil texnikası və avtosistern, 142 (+2) xüsusi texnikası məhv edilib.

İşğalçılar ötən gün ən böyük itkisini Kramatorsk və Baxmutski istiqamətlərində verib.

Nərmin VÜQARQIZI





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi