azia.az
azia.az

ABŞ-ın yeni daxili işlər naziri işə atla getdi

3-03-2017, 09:38

ABŞ-ın yeni daxili işlər naziri işə atla getdi


Birləşmiş Ştatların yeni daxili işlər naziri Rayan Zinke işə atla gedib.bu barədə nazir öz “Twitter” səhifəsində çəkilmiş fotolarını paylaşıb. Fotodan da göründüyü kimi, nazir yanında bir neçə polis məmuru ilə birlikdə nazirliyə at üstündə gedib. Nazir və polis əməkdaşları kovboy geyimində olublar. Rayan Zinke payaşdığı fotoların altından işə atla getdiyini və yanında polis əməkdaşları olduğunu qeyd edib.

“Bu mənim üçün böyük şərəfdir. Mən fəxrlə işə at üstündə, yanımda şərəfli polis məmurları ilə birgə irəlilədim. Biz işimizə məsuliyyətlə yanaşırıq”, - deyə nazir bildirib.

Rayan Zinke nazirliyin binası qarşısında işçilər və jurnalistlər qarşılayıb. Rayan Zinke jurnalistlərin suallarına cavab verib.

Qeyd edək ki, Zinke nazirlik postuna ABŞ Senatı tərəfindən mart ayının 1-də təsdiq edilib.

Ölkə.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi