azia.az
azia.az

Nazir müavini Xocalıda ölən polislərin yaxınları ilə görüşdü

25-02-2016, 10:46

Nazir müavini Xocalıda ölən polislərin yaxınları ilə görüşdü Oruc Zalov şəhid ailələrinin problemləri ilə maraqlanıb.

Daxili İşlər Nazirliyində Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib. DİN-dən verilən məlumata görə, görüşdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov iştirak edib. O, deyib ki, xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırıma məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 24 il əvvəl Xocalıda üzləşdiyini bildirib. "Yalnız ulu öndər Heydər Əliyevin xalqın tələbilə ali hakimiyyətə tarixi qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşılıb".
Onun sözlərinə görə, hələ ötən əsrin 80-ci illərirnin sonlarından erməni millətçiləri öz havadarlarının köməkliyi ilə Qarabağ bölgəsində strateji əhəmiyyətə malik məntəqə kimi Xocalını ələ keçirməyə can atır, lakin bu xain hücumların qarşısı hər dəfə şəhərin qəhrəman müdafiəçiləri tərəfindən qətiyyətlə alınıb. Ancaq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının ağır hərbi texnikasının və əsgərlərinin dəstəyi ilə erməni silahlı birləşmələri Xocalını yerlə-yekan ediblər.
İşğalçılarla qeyri-bərabər döyüşlərdə qəhrəmancasına həlak olan 17 polis əməkdaşının, xocalıların, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Oruc Zalov respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı verib, onların problemləri və qayğıları ilə maraqlanıb, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırıb.
Şəhid ailələri adından danışan Vərziyar Əliyeva onlara göstərilən diqqət, qayğıya, həmçinin, əvvəlki görüşlərdə qaldırılan bir çox problemin həllinə görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi