İş adamının 20 milyonluq yaxtası yanıb kül oldu - FOTO/VİDEO
İş adamının 20 milyonluq yaxtası yanıb kül oldu - FOTO/VİDEO
İtaliyalı iş adamı Paolo Skudieriyə məxsus yaxta yanıb.
Xəbər verilir ki, yaxta İspaniyanın Formentera adası yaxınlarında alova bürünüb. Onlarla turist təəccüblə bahalı yaxtanın yanmasına tamaşa edib.
2019-cu ildə sifariş olunsa da, 1 ay öncə iş adamına təslim edilən 20 milyon sterlinq dəyərindəki 45 metrlik yaxtada beş yataq otağı, hovuz və idman zalı da olub.
Məlumata görə, yanğın zamanı yaxtada 9 sərnişin və 7 ekipaj üzvü olub, onlar İspaniya sahil mühafizəyə məxsus 2 gəmi vasitəsilə xəsarət almadan xilas olunublar. Həmin vaxt 62 yaşlı iş adamının yaxtada olub-olmadığı isə açıqlanmayıb.
Yanğının hansı səbəbdən başladığı bilinmir. Araşdırma aparılır.
Qeyd edək ki, Paolo Skudieri 1956-cı ildə atası tərəfindən yaradılan "Gruppo Addler" şirkətinin rəhbəridir. Dəyəri 400 milyon sterlinq olan şirkət avtomobil hissələri istehsal edir.