Qadın tanışını maşında qandallayıb DİRİ-DİRİ YANDIRDI
Hüquq-mühafizə orqanlarının əməkdaşları tanışını avtomobilə qandallayaraq yandıran, bununla da kişiyə qarşı vəhşicəsinə davranan 41 yaşlı Altay diyarının Rubtsovsk şəhər sakinini saxlayıb.
“Qətli törətməkdə şübhəli bilinən 41 yaşlı Rubtsovsk şəhər sakini saxlanılıb və o, ölən 68 yaşlı kişinin onun yaxın tanışı olduğunu izah edib”, - məlumatda qeyd edilir.
Yanmış avtomobil axşam saatlarında Yeqoryevsk rayonunun kəndlərindən birinin yaxınlığında tapılıb. Nəqliyyatın içərisində əlləri qandallı olan kişi cəsədi olub. Müstəntiqlər cinayət işi açıb və tezliklə hadisənin bütün şərait və motivlərini müəyyən edəcəklər. AZİNFORM.AZ