Meşəni yandıran şəxsi diri-diri yandırdılar
Əlcəzairdə meşə yanğınlarında şübhəli bilinən şəxs yerli sakinlər tərəfindən yandırılıb. Xəbər verilir ki, bu barədə Əlcəzair prokurorluğunun məlumatında deyilib.
Bildirilib ki, polis məntəqəsinə hücum edən insanlar orada saxlanılan həmin şəxsi çölə çıxarıb, ardınca onu linç edərək yandırıblar.
Hadisəyə müdaxilə edən polis əməkdaşlarından yaralananların olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Əlcəzairdə baş verən meşə yanğınlarında 69 insan həlak olmuşdu.