azia.az
azia.az

Türkmənistanda anomal istilərdən gün ərzində 10-12 adam ölür

4-06-2021, 11:32

Türkmənistanda anomal istilərdən gün ərzində 10-12 adam ölür
Böyüklüyünə görə Türkmənistanın üçüncü şəhəri olan Marıda anomal isti hava üzündən kritik situasiya yaranıb. «Azatlık» radiosunun məlumatına görə, Xocayusup Baba qəbristanlığında (Bayraməli ətrafı) son 10 gündə hər gün 10-12 adam dəfn olunur, əsasən 40-50 yaşlı insanlar ölürlər. "İqtisadi şəraitin pisləşməsi səbəbilə, bir çox yerli sakin kondisionerini satıb. Hətta belə cihazlarını satmamış sakinlər də istidən əziyyət çəkirlər. Kəndlərdə müntəzəm olaraq, elektrik kəsilmələri yaşanır, ona görə də hətta kondisionerlərin yox, soyuducuların istifadəsində də problemlər yaranır. Hazırda Marıda havanın temperaturu +44 dərəcəyə çatır".

Bu ərəfədə Dövlət Şurasının iclasında Prezident Qurbanqulu Berdımühəmmədov diqqəti anomal isti havaya yönəldib.

«Yay mövsümünün gəlməsi ilə havanın temperaturu yüksəlir, bu isə öz növbəsində insanların sağlamlığına neqatv təsir göstərir» - Prezident bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi