azia.az
azia.az

ABŞ Prezidenti İsveç və Finlandiyanın NATO-ya sürətlə üzv olmasını dəstəkləyir

3-06-2022, 08:42


ABŞ prezidenti Cozef Bayden NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə təhlükəsizlik sahəsində bütün müttəfiqlərin maraqları nəzərə alınmaqla Finlandiya və İsveçin NATO-ya qoşulması prosesinin sürətlə davam etməsi üçün səyləri dəstəklədiyini bildirib.
ABŞ Prezidenti İsveç və Finlandiyanın NATO-ya sürətlə üzv olmasını dəstəkləyir
“Report”un məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Görüşdə ABŞ-ın vitse-prezidenti Kamala Harris də iştirak edib. Bayden, Harris və Stoltenberq Rusiyanın Ukraynadakı müharibəsinin transatlantik təhlükəsizliyə təsirini, həmçinin NATO-nun çəkindirmə və müdafiə qabiliyyətini gücləndirməyin vacibliyini müzakirə ediblər.

“Onlar, həmçinin Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərini alqışladılar və Prezident Bayden Baş Katib Stoltenberqin bütün müttəfiqlərin təhlükəsizlik problemlərini həll edən sürətli üzvlük prosesini asanlaşdırmaq səylərinə güclü dəstəyini ifadə etdi”, - bəyanatda deyilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi