Cozef Bayden: "Tramp yenidən prezident olsa, NATO yox olacaq"
Tramp 2020-ci ildə prezident seçilsə, NATO yox olacaq. Bunu CNN televiziyasına müsahibəsində ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden deyib.
“Əgər o seçilsə, sizə söz verirəm ki, NATO 4 və ya 5 il sonra yox olacaq”, - deyə o bildirib.Qeyd edək ki, Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq istəyən bütün namizədlər Trampa analoji bəyanatlar səsləndirirlər. Onlar Trampı ABŞ-ın müttəfiqlərindən uzaqlaşdırmaqda ittiham edirlər.