“Arsax Ermənistandır, Ermənistan isə Arsaxdır, Ermənistanda türklər yaşamamalıdır” - Arzumanyan + VİDEO
“Arsax Ermənistandır, Ermənistan isə Arsaxdır. Ermənistanda türklər yaşamamalıdır”.
Xəbər verilir ki, bunu erməni müğənni Qaya Arzumanyan deyib.
“9 Mayda nəyi qeyd edəcəyik, təkcə “Qələbə günü”nü? Axı biz qüdrətli xalqıq, hamını mübarizəyə səsləyirəm. Mübarizəyə qoşulun”, – Arzumanyan bildirib.
Müğənnidə tipik erməni türkofobiyası var.
“Türklər bizim ölkədə yaşaya bilməz, bizim oğlanların xatirəsi naminə birləşməli və mübarizə aparmalıyıq”, – deyə o çərənləyib.
Başqa bir erməni müğənni Oksana Baburyan isə belə deyub: “Biz hamımız Ermənistan, Arsax və ermənilər adına birləşməliyik”.
Video bu linkdədir:My Webpage